1312-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1312-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 107 400 hərbçi, 11 204 ədəd tank, 23 288 ədəd zirehli döyüş maşını, 33 186 ədəd artilleriya sistemi, 1 502 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 223 hava hücumundan müdafiə sistemi, 426 ədəd hərbi təyyarə, 345 ədəd helikopter, 62 909 ədəd avtomobil texnikası, 63 931 ədəd PUA, 3 747 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 977 xüsusi avadanlıq itirib.

Share on Facebook