12 günlük müharibə: İran itkisini elan etdi

Rəsmi statistika iyunun 13-dən bu yana sionist rejimin işğalçı müharibəsində 606 iranlının şəhid olduğunu göstərir.

Sozcu.az xəbər verir ki, bu sözləri İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərkəndi deyib.

O qeyd edib ki, İsrail müharibəsi başlayandan indiyədək İran üzrə ümumilikdə 5332 nəfər yaralanıb.

Zəfərkəndi bildirib ki, İsrailin İrana qarşı hücumlarının ən ölümcülü son 24 saatda olub: çərşənbə axşamı səhər atəşkəs qüvvəyə minməzdən əvvəl 107 nəfər şəhid olub, 1342 nəfər yaralanıb.

Xatırladaq ki, 13 iyunda İsrailin hücumu ilə başlayan İran-İsrail savaşı bu gün atəşkəslə yekunlaşıb.

Share on Facebook