110 milyon insan qaçqın düşüb - BMT

Təxminən 110 milyon insan münaqişə, təqiblər və ya insan hüquqlarının pozulması səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.

Sozcu.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

BMT-nin Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi Cenevrədə jurnalistlərə açıqlamasında, "bu, dünyamızın vəziyyəti ilə bağlı olduqca ağır ittihamdır", - deyə bildirib.

Təkcə keçən il əlavə 19 milyon insan, o cümlədən Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından qaçan 11 milyondan çox insan məcburi köçkün düşüb. Bu da İkinci Dünya Müharibəsindən sonra insanların ən sürətli və ən böyük köçü hesab olunur.

Həmçinin qeyd olunub ki, Sudandakı müharibə qaçqınların sayının rekord həddə çatmasına səbəb olan növbəti böhrandır. Belə ki, müharibə aprel ayından bəri 2 milyona yaxın insanı didərgin salıb.

Share on Facebook