10 günlük körpəsini zibil qutusuna atan qadın kimdir?

09:11

Bakıda 10-15 günlük körpə küçəyə atılıb.

Sozcu.az xəbər verir ki, iyulun 17-də Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətdə uşaq aşkar edilib.

Daha sonra körpə 1 saylı Körpələr evinə yerləşdirilib.

Körpənin bədənində hər hansı xəsarət izi aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bakıda 10-15 günlük küçəyə atılan uşaq barədə bəzi detallar məlum olub.

Oxu.az-ın əldə etdiyi məlumata görə, uşağı Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri Q.Vəzirov küçəsində məişət tullantıları qutusunun birindən tapıb və polisə məlumat veriblər.

Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib.

Uşaq Nəsimi rayonu 1 saylı uşaq poliklinikasına müvəqqəti yerləşdirilib.

Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusuna atıb. Baş verən hadisə ərazidəki müşahidə kameralarına əks olunub.

Share on Facebook