Tramp Azərbaycana qarşı - Qarabağı "artsax" adlandırdı - Foto

Keçmiş ABŞ prezidenti, respublikaçıların prezidentliyə namizədi Donald Tramp Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik edib.

Sozcu.az xəbər verir ki, Tramp "X" hesabından etdiyi paylaşımda Demokrat rəqibi Kamala Harrisi tənqid edib və bu zaman Qarabağı "artsax" adlandırıb.

Tramp həmin paylaşımında yazıb:"Kamala Harris 120 min erməni xristianın dəhşətli təqiblərə məruz qaldığı və "artsax"dan zorla köçürüldüyü zaman heç bir şey etmədi. Kamala Harris ABŞ-nin prezidenti olarsa, dünyadakı xristianlar təhlükədə olacaqlar. Mən prezident olsam, təqib olunan xristianları müdafiə edəcəyəm, zorakılığı və etnik təmizləməni dayandıracağam. Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyəm"

cbd2ccd9673c39bfd9eefc4418556c3b.jpg

Share on Facebook