“Azərbaycanlılar Rusiya sülhməramlılarının Laçın dəhlizindən keçməsinə imkan verməyib”.
Sozcu.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə separatçıların nümayəndəsi Tiqran Petrosyan bildirib: “İndi bütün Laçın dəhlizinə azərbaycanlılar nəzarət edir. Bu gün də azərbaycanlılar rus sülhməramlılarının dəhlizdən keçməsinə icazə verməyiblər. Bu qadağanın səbəbi hələ məlum deyil. Bunu sülhməramlıların Qarabağda yerləşən hərbi bazasına qayıtması zamanı öyrənmək olar”, – deyə Petrosyan vurğulayıb.
Qondarma rejimin separatçısı ekofəallarımızın keçirdiyi aksiyanın fəaliyyətindən də danışıb: “Onların məqsədi nəzarət-buraxılış məntəqəsi quraşdırmaq olub. Artıq missiyaları tamamlanıb. Orada yük maşınlarını yoxlamaq üçün skaner də quraşdırılıb. Rusiya sülhməramlılarının susması nəticəsində onlar məqsədlərinə çatıblar. Erməni cəmiyyətində Rusiya sülhməramlılarına inam nəzərəçarpacaq dərəcədə azalıb. Əgər onlar dəhlizin blokunu qısa müddətdə açmasalar, o zaman biz beynəlxalq ictimaiyyətə, BMT-yə müraciət edəcəyik”, – deyə Petrosyan sərsəm fikirlərini tamamlayıb.konkret)