Zəncan əyalətinin Söhreyn kənd məktəbində 14 yaşlı şagird Nima Nəcəfi həyatını itirib.
Sozcu.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.
Məlumata görə, məktəblinin ölümünə məktəb rəhbərliyi səbəb olub.
Şagirdin əmisi bildirib ki, məktəb rəhbərliyi artıq çəkidən əziyyət çəkən yeniyetməni məktəb həyətində bir neçə dövr qaçmağa məcbur edib.
Qaçdıqdan sonra şagirdlərin arasına qayıdan Nima Nəcəfi yıxılıb və dünyasını dəyişib.
Onun ürək tutmasından vəfat etdiyi bildirilir.