Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin əks-hücuma hazır olduğunu bəyan edib.
Sozcu.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə dövlət başçısı “Telegram” kanalında yazıb.
Zelenski bildirib: “Ordumuz ümid etdiyi silahları almasa da, daha çox gözləyə bilmərik”.
O əlavə edib ki, Ukrayna əlavə əks-hücum resurslarına sahib olmaq istəsə də, aylarla gözləyə bilməz:
“Bunun nə qədər vaxt aparacağını və hansı qiyməti ödəyəcəyimizi dəqiq bilmirəm”.
Prezident qeyd edib ki, Rusiyanın havada üstünlüyü var və təyyarələrdən müdafiənin olmaması əks-hücum zamanı böyük itkilərə səbəb ola bilər.
Ukrayna rəhbəri vurğulayıb ki, Kiyevin cəbhə xəttində həm mülki şəxsləri, həm də əsgərləri qorumaq üçün əlavə “Patriot” komplekslərinə ehtiyacı var.