Ukrayna Prezidenti Volodimir Zelenski “Vaqner PMC” şirkətinin rəhbəri Yevgeni Priqojinə məxsus təyyarənin vurulması və onun ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sozcu.az UNIAN-a istinadla xəbər verir ki, dövlət başçısı Ukraynanın bu hadisələrdə əli olmadığını deyib.
“Ukrayna təyyarələrlə bağlı dünya ölkələrinə müraciət edəndə biz bunu nəzərdə tutmamışdıq... baxmayaraq ki, bu, müəyyən mənada mütləq kömək edəcək.
“Hamı bunun kimin əli ilə hayata keçirildiyini bilir”, - Zelenski bildirib.
Xatırladaq ki, avqustun 23-ü axşam saatlarında Rusiya Federasiyasının Tver vilayətində Priqojinə məxsus təyyarə qəzaya uğrayıb. Priqojinin özü də daxil olmaqla, təyyarənin göyərtəsində ümumilikdə 10 nəfər olub və hamısı ölüb.