Rusiya ordusu dinc şəhərlərə endirdiyi raket zərbələrinə görə mütləq cavabını alacaq.
Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Rusiya şərinə heç bir bəraət qazandırmaq olmaz. Həmişə olduğu kimi, bu pislik uduzacaq. Odessa üçün isə Rusiya terrorçularına mütləq cavab veriləcək. Onlar bu cavabı hiss edəcəklər”, - Zelenski bildirib.
Qeyd edək ki, bu u gün gecə saatlarında Rusiya ordusu odessaya raket zərbələri endirib. Zərbələr nəticəsində ölü və yaralıların olduğu bildirilir.