Tezliklə böyük döyüşlər olacaq, biz torpağımızı və xalqımızı rus əsarətindən azad etməliyik.
Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O, sərhəd qoşunlarının bölmələrinə Baxmut, Avdeyevka, Marinka və Donbasın digər şəhər və kəndlərini ən şiddətli döyüşlərdə müdafiə etdiyinə görə təşəkkür edib:
"Tezliklə - əsas döyüş olacaq. Biz öz torpağımızı, xalqımızı rus əsarətindən azad etməliyik. Dövlət sərhədimizin bütün xəttini - həm quruda, həm də dənizdə bərpa etməliyik. Əminəm ki, sərhəd qoşunlarımızın qəhrəmanlığı, etibarlılığı, möhkəmliyi bu mühüm tarixi yolda Ukraynaya güclü kömək edəcək”.