Ukrayna prezidenti Volodimir Zelenski ali baş komandan qərargahının iclasını keçirib.
Sozcu.az "RBK Ukraine"a istinadən xəbər verir ki, müzakirə mövzularından biri Rusiyanın mümkün işğal planları olub.
Məlumata görə, görüşdə Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı, qoşunların operativ-strateji qrupunun komandiri Aleksandr Sırski də iştirak edib.
“Qərargah üzvləri ümumi əməliyyat vəziyyəti və düşmənin yaxın gələcəkdə hərəkətlərinin xarakterini nəzərdən keçiriblər. İclasda ukraynalı müdafiəçilərin döyüş sursatı və texnikası ilə təmin olunma vəziyyəti, hərbi kadrların xaricdə hazırlığı, xüsusilə müdafiə qüvvələrinin say və ixtisas baxımından ehtiyacları da müzakirə olunub", - deyə məlumatda bildirilib.