Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsi, özünün qələmə verdiyi kimi, Bakının əslində, tərəfdaş olmadığını başa düşməyə səbəb olub.
Sozcu.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.
O qeyd edib ki, Rusiya uzun müddət Azərbaycanla strateji tərəfdaşlıq və müttəfiqlik söhbətlərindən “məst olub”. Lakin indi, onun fikrincə, Bakının artıq özünü dost dövlət kimi göstərməyə ehtiyacı yoxdur. Çünki Azərbaycan hakimiyyəti Rusiyanın Ukrayna və Qərblə qarşıdurması ilə ifrat dərəcədə məşğul olduğu fikrinə gəlib. Odur ki bu nəticəyə gəlib ki, Rusiyanın milli maraqlarına zidd olan hərəkətlərə ciddi reaksiya verə bilmir. pizza mizza
Zatulin vurğulayıb ki, Azərbaycan Türkiyənin dəstəyinə arxalanaraq, Rusiya və Ermənistanla əvvəlki razılaşmalara məhəl qoymadan Cənubi Qafqazda vəziyyəti qəsdən gərginləşdirir.