Zaqatalada maşın yanıb

Zaqatalada minik avtomobili yanıb.

Sozcu.az-ın məlumatına görə, hadisə səhər saatlarında Zaqatala-Aşağı Tala avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayon sakini Nail Camal oğlu İbrahimova məxsus “QAZ 3110” markalı minik avtomobili hərəkətdə olarkən maşında yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib, yanğın söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.apa

Share on Facebook