Xəbər verdiyimiz kimi Vətən müharibəsi qazisi 32 yaşlı Hüseyn Məmmədovun Zaqatala dağlarında meyiti tapılıb.
Lent.az mərhum qazinin fotolarını əldə edib.
Qeyd edək ki, H. Məmmədov dayısı oğlu Murad Əli oğlu Nurçiyevlə birlikdə onun işlədiyi Zaqatala Hava Məlumatı Ötürücü Stansiyasına gedərkən yolda ehtiyatsızlıqdan yıxılıb.
Bu zaman H. Məmmədovun əlində olan 12 kalibirli ov tüfəngindən atəş açılıb. Hadisə nəticəsində H. Məmmədov bədənin qasıq hissəsindən aldığı ağır yaradan hadisə yerində dünyasını dəyişib.