Yuxarı Lars keçid məntəqəsi Gürcüstandan Rusiyaya gedən ağır yük maşınları üçün bağlanıb.
Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstan Avtomobill Yolları Departamentinin məlumatında deyilir.
"Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri üçün müvəqqəti olaraq bağlanıb. Keçid minik avtomobilləri üçün açıqdır”, - deyə bildirilib.
Qeyd edək ki, Yuxarı Lars keçid məntəqəsi hazırda Ermənistanı Rusiya ilə (Gürcüstan vasitəsilə) birləşdirən yeganə quru yoludur.
