Xəbər verdiyimiz kimi, Xətai rayonu Xudu Məmmədov küçəsində, Respublika Neyrocərrahiyyə Xəstəxanasının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı yolun kənarında dayanmış Güllü Mehdiyeva aldığı xəsarətlər nəticəsində xəstəxanada vəfat edib.
Xatırladaq ki, həmin qadın 7 aylıq hamilə olub, hadisə nəticəsində o, övladını itirib sonra isə özü ölüb.