Yevlaxda süpürgəçi qadınları avtomobil vurdu

Yevlaxda süpürgəçi işləyən iki qadını avtomobil vurub, onlardan biri ölüb.

Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi küçəsində qeydə alınıb.

Onlardan biri - 1974-cü il təvəllüdlü Səbinə Rafiq qızı Əsgərova hadisə yerində dünyasını dəyişib.

Hadisə nəticəsində 1992-ci il təvəllüdlü Bəsti Mirzəyeva ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook