Yermakın evində axtarışlar buna görə aparılır - Miller

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın Kiyevdəki evində axtarışlar “Midas” antikorrupsiya əməliyyatı ilə bağlıdır.

Sozcu.az xəbər verir ki, bunu “Faynənşl Tayms” nəşrinin Kiyevdəki müxbiri Kristofer Miller özünün X səhifəsində yazıb.

“Mənbələrim məlumat verir ki, Prezident Ofisinin rəhbəri Andrey Yermakın Kiyevdəki mənzilində aparılan axtarışlar Ukraynanın enerji sektorundakı iddia edilən korrupsiya ilə bağlı genişmiqyaslı araşdırma olan “Midas” istintaqı ilə əlaqəlidir”, - jurnalist bildirib.

Share on Facebook