Ukrayna və Almaniya Ukraynanın hava hücumundan müdafiəsini dərhal gücləndirmək barədə razılığa gəliblər.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Feysbuk səhifəsində məlumat yayıb.
Müvafiq sənədi Ukraynanın müdafiə naziri Rüstəm Umerov və almaniyalı həmkarı Boris Pistorius G7 ölkələrinin müdafiə nazirlərinin görüşündə imzalayıblar.
Umerov bildirib ki, bu sazişə Belçika, Norveç, Hollandiya və Danimarka da qoşulacaq.