"Yaşayış minimumu ən azı 500 manat olmalıdır" - Ekspert

Məlum olduğu kimi, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Ölkədə yaşayış minimumunun hesablanma qaydaları sovet dövründən qalıb. Hesab edirəm ki, bu qaydalar dəyişdirilməlidir. Minimum istehlak səbətinin tərkibi isə yenidən təsdiq edilməlidir”.

Bu fikirləri Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, normal indikatorlarla hesablanma aparsalar, yaşayış minimumu indikindən azı 2 dəfə artıq olmalıdır. O zaman ölkədə minimum pensiya, minimum əmək haqqı da buna uyğun artırılmalıdır. Yeni hesablama qaydaları tətbiq edilsə, yaşayış minimumunun məbləği daha böyük olsa, yoxsulluq səviyyəsində ciddi artım ola bilər:

“Nazirlər Kabineti mütəxəssislərdən ibarət komissiya təyin etməli və bu qərarı dəyişməlidir. Biz illərdir deyirik ki, komissiya təyin edilsin, parametrlərə baxılsın. Heç olmasa, Türkiyə təcrübəsi öyrənilsin. Türkiyədə olan yanaşma tətbiq olunsa, bizdə minimum istehlak səbəti ən azı 500 manat olmalıdır. Belə olarsa, minimum təqaüd və əmək haqqı ondan daha yüksək olmalıdır. Məhz bu səbəbdən Nazirlər Kabineti istehlak səbətini köhnə parametlərlə hesablayır”.

Share on Facebook