Çin səfiri Konq Syuanyunun səlahiyyət müddətinin başa çatması ilə bağlı vətəninə qayıtmazdan əvvəl Yaponiya Baş naziri Fumio Kişida ilə görüşünə imkan verilməyib.
Sozcu.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Məlumata görə, ötən ay Tokioda diplomatik fəaliyyətini başa vuran səfir Çinə qayıtmazdan əvvəl Kişida ilə görüşmək istəsə də, ona rədd cavabı verilib. İmtinaya səbəb baş nazirin sıx qrafikinin olması göstərilib.
Nəşr Yaponiya hökumət başçılarının adətən səfirlərlə vida görüşləri keçirdiyinə görə bunu qeyri-adi hal hesab edib.