Yağışlı hava nə vaxta kimi davam edəcək?

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti mayın 9-u gündüzədək davam edəcək. 

Sozcu.az xəbər verir ki, bu abərədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosu məlumat yayıb. 

“Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında mayın 8-i gündüzədək arabir yağış yağacaq. Yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimal olunur. Arabir güclənən şimal-qərb küləyi bu gün gündüz saatlarına qədər tədricən mülayimləşəcək. Bölgələrdə də yağıntıların 9-u gündüz saatlarına qədər tədricən kəsiləcəyi gözlənilir”, - məlumatda qeyd edilib. 

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu bu gün gündüz saatlarında 13-16, aran rayonlarında 15-20, dağlıq rayonlarında isə 6-11 dərəcə isti olacaq. 

Share on Facebook