Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Qayıdış proqramına uyğun olaraq Xocalı rayonunun Seyidbəyli və Daşbulaq kəndlərinə növbəti köç yola salınıb.
Sozcu.az xəbər verir ki, bu mərhələdə Seyidbəyli kəndinə 18 ailə olmaqla 61 nəfər, Daşbulaq kəndinə isə 8 ailə olmaqla 24 nəfər köçürülür.
Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
