Xocalıda yeni narkotik plantasiyası aşkarlandı

Xocalıda daha bir ərazidə narkotik plantasiyası aşkarlanıb.

Sozcu.az Report-a istinadən xəbər verir ki, plantasiya Xocalının Təzəbinə kəndində tapılıb.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev jurnalistlərə açıqlamasında ərazinin əkin sahəsi olduğunu bildirib:

"Əkin sahəsi olmasına baxmayaraq, ərazidə bu cür fəaliyyətlə məşğul olunub. Plantasiyanın sahəsi 10 hektardan çoxdur".

Qeyd edək ki, oktyabrın 2-də də Xocalıda 100 hektarlıq ərazidə kultivasiya üsulu ilə əkilmiş çətənə plantasiyası aşkarlanmışdı.

Share on Facebook