Ermənistan Milli Təhlükəsizlik Xidmətinin özünü buraxdığını elan etmiş Qarabağdakı qondarma rejimin “Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyanı dindirib.
Sozcu.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat verib.
Məlumata görə, Vitali Balasanyan Milli Təhlükəsizlik Xidmətində qondarma rejimin “müdafiə ordusunun polkovniki” Norayr Aslanyana qarşı cinayət işi üzrə dindirilib.
Qeyd edək ki, Norayr Aslanyan odlu silah və sursatların qanunsuz dövriyyəsində ittiham olunur.
O, artıq 5 aydır ki, həbsdədir və Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır.