Xızıda mina partladı: İki nəfər öldü, bir nəfər yaralandı

Xızıda mina partlayıb.

Sozcu.az xəbər verir ki, hadisə Yaşma yaşayış ərazisində qeydə alınıb.

İlkin məlumata görə, iki mülki şəxs ölüb, bir mülki şəxs xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, araşdırma aparılır.

Share on Facebook