Mayın 2-də Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.
Sozcu.az xəbər verir ki, B.Səfəroğlu küçəsində yerləşən evdə kirayədə yaşayan 1987-ci il təvəllüdlü Şahin Kərimov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Rəna Kərimovaya bıçaqla çoxsaylı xəsarətlər yetirib. Sol kürək, sol döş qəfəsi və qarın boşluğuna daxilə nüfuz edən kəsilmiş-deşilmiş xəsarətlər alan qadın xəstəxanaya çatdırılıb.
Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.