Xırdalanda 20 yaşlı gənc öldürüldü - Yenilənib

08:35

Abşeronda qətl hadisəsi baş verib.

Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri ərazisində qeydə alınıb.

2005-ci il təvəllüdlü Elmir Axundov 2006-cı il təvəllüdlü Fərid Rəşad oğlu Məmmədov tərəfindən bıçaqlanıb.

O, xəstəxanaya aparılarkən yolda keçinib.

F.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma başlanıb.

***

Abşeronda xəsarət almış şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Abşeron rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 15-də saat 03 radələrində 2006-cı il təvəllüdlü Elmir Bədirovun almış olduğu xəsrətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 2006-cı il təvəllüdlü Fərid Məmmədovun bıçaqla Elmir Bədirova ağır xəsarət yetirməsi və sonuncunun həmin xəsarətdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Fərid Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Share on Facebook