Xırdalanda internet kəsilib.
Sozcu.az-ın xəbərinə görə, bu barədə iqtisadçı Samir Əliyev bildirib.
“KTV dünəndən Xırdalanda sıradan çıxıb. Nə internet var, nə də TV kanalları işləyir. Zəng vuranda da deyirlər ki, iş gedir, bilinmir nə vaxt düzələcək. KTV-nin interneti onsuz da bərbad işləyirdi. İndi da tamam kəsilib. İnternet isə narkotikadan da betərdir. Onsuz həyat yoxmuş kimidir. Əvvəllər necə yaşamışıq hələ də möcüzə gəlir. Gözləyirik...”, - S.Əliyev qeyd edib.