XİN: Azərbaycanla kommunikasiya xəttini özəl mühafizə agentliyi qoruya bilər

Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinin təmin olunmasının özəl mühafizə şirkətinə verilməsi istisna edilmir.

Sozcu.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan parlamentdə jurnalistlərə baş nazir Nikol Paşinyanın avqustun 31-də məsələ ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Nazir müavini bunun Ermənistanın suverenliyini pozmadığını bildirib. kapital bank vakansiya

Qeyd edək ki, N.Paşinyan kommunikasiya xəttinin mühafizəsini özəl təhlükəsizlik agentlərinə həvalə edilə biləcəyinin mümkünlüyünü açıqlayıb.

Share on Facebook