Xameneinin ofisinin yerləşdiyi ərazi də vuruldu

Tehranda İranın ali rəhbəri Ayətullah Əli Xameneinin işçi ofislərinin yerləşdiyi ərazinin yaxınlığına zərbə endirilib.

Sozcu.az xəbər verir ki, bu barədə məlumatı İsrail mediası yayıb.

Zərbənin miqyası və itkilər barədə hələlik rəsmi açıqlama verilməyib. Qeyd olunur ki, zərbə strateji əhəmiyyətli zonaya endirilib.

Bölgədə təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb.

Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

Share on Facebook