“Ukrayna sonda qələbə qazanacaq. Bunun üçün bir neçə amilin olması vacibdir, onlardan biri də yekdillikdir. Biz Putinin də bundan qorxduğunu bilirik”.
Bu fikirləri Ukraynanın 2005-2010-cu illərdə Prezidenti Viktor Yuşşenko X Qlobal Bakı Forumu çərçivəsində “Bölünmüş dünyada dayanıqlığın qurulması: Onun qlobal sülhə təsiri” mövzusunda keçirilən ilk panel iclasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ukraynanın bütün suveren torpaqları geri qaytarılmalıdır: “Ukrayna əsgəri və ukraynalılar da bunu deyirlər”. /Report/