Azərbaycanın veteran futbolçusu Qəhrəman Əliyev vəfat edib.
Sozcu.az xəbər verir ki, 2020-ci ildə koronavirusa yoluxmuş, bu səbəbdən insult keçirərmiş Q.Əliyev komadan ayımayıb.
"Viləş", "Şəmkir", MOİK, "Masallı" komandalarının sabiq baş məşqçisi 63 yaşında vəfat edib
Qeyd edək ki, Qəhrəman Əliyev 11 avqust 1959-cu ildə Masallıda doğulub. O, ən böyük nailiyyətlərini yerli "Viləş" və "Şəmkir" komandalarında əldə edib. "Viləş"ə bürünc medal qazandırmış mütəxəssis "Şəmkir"lə çempion olmağı bacarıb.
O, həm də Azərbaycan Premyer Liqasında 381 oyunla ən çox oyun keçirmiş baş məşqçidir.
Q.Əliyev 1983- 1985-ci illərdə "Neftçi"nin formasını geyinib. Əliyev "Avtomobilçi" (Bakı) (1976-1981), "SKA Xabarovsk" (1981-1983), "Gənclik" (Bakı) (1985-1986), "Avtomobilçi" (Meingəçevir) (1986-1987) klublarının da heyətində çıxış edib.
Allah rəhmət eləsin!