Qusarda Vətən müharibəsi qazisini döyən 2 nəfər polis tərəfindən saxlanılıb.
Sozcu.az “Qafqazinfo”ya istinadən bildirir ki, Qusar şəhərində yerləşən kafedə şəhər sakinləri Samir Qaçayev və Teyfur Xankişiyevin xuliqanlıq zəminində oranın icarədarı Mucuq kənd sakini 1991-ci il təvəllüdlü 2-ci Qarabağ müharibəsi qazisi Ruslan Kübərovu döyərək xəsarətlər yetirməsi müəyyən edilib.
Hər iki şəxs artıq saxlanılıb.
Qeyd edək ki, R.Kübarov Vətən müharibəsindən sonra “Cəbrayıl”ın, “Füzuli”nın, “Kəlbəcər”in, “Şuşa”ın azad edilməsinə görə medalları, həmçinin “Hərbi Xidmətdə Şücaətə” görə medalı ilə təltif edilib.
Qazi xəstəxanaya yerləşdirilib. Hadisə vaxtı kafedə baş vermiş mübahisənin Qusar Rayon Mərkəzi Xəstəxanasında da davam etdirildiyi bildirilir.