Avropa Birliyi (AB) Venesuelada vəziyyətin sülh yolu ilə, demokratik və inklüziv həllini dəstəkləməyə davam edəcək.
Sozcu.az xəbər verir ki, bu barədə AB Şurasının rəhbəri Antonio Koşta X sosial şəbəkəsində yazıb.
"Venesueladakı vəziyyəti böyük narahatlıqla izləyirəm. AB münaqişənin deskalasiyasına və vəziyyətin beynəlxalq hüquqa və BMT Nizamnaməsində təsbit edilmiş prinsiplərə tam riayət olunmaqla həllinə çağırır. AB Venesuelada vəziyyətin sülh yolu ilə, demokratik və inklüziv həllini dəstəkləməyə davam etəcək", - o yazıb.
A.Koşta həmçinin qeyd edib ki, Venesueladakı AB vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın üzv dövlətlərlə koordinasiyalı şəkildə həyata keçirdiyi səyləri dəstəkləyir.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Daha sonra ABŞ Prezidenti Donald Tramp ordusunun Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşını ələ keçirdiyini açıqlayıb.
