Vatsapda terrorla bağlı səs yazısı: Təxribatlara inanmayın!

Təhlükəsizlik tədbirlərinin görülməsinə baxmayaraq, metro stansiyalarında terror aktlarının törədilə biləcəyi haqqında səs yazısı yayılıb.

Sozcu.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Elçin Əfəndi özünün Feysbuk səhifəsində yazıb.

O, sözügedən səs yazısının tələbələrin Vatsap qruplarında paylaşıldığını bildirib.

Vətəndaşlardan belə təxribatlara uymamağı, şübhəli hallarda Daxili İşlər Nazirliyinin 102 nömrəli qaynar xəttinə müraciət etməyi xahiş edirik.

Share on Facebook