Vardanyanın cinayət işi: Məhkəmənin baxış iclası başladı

Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

Sozcu.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində başlayan prosesə Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayev sədrlik edir.

Hazırda iş üzrə Ruben Vardanyana yenidən hüquqları izah olunur. Ruben Vardanyan müdafiəçi və vəkillə təmin olunub.

Share on Facebook