“Vaqner” muzdlularının bir hissəsi həqiqətən də Baxmut şəhərini tərk edir.
Sozcu.az xəbər verir ki, bu barədə BBC-ə müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
“Vaqner” Baxmutun bir hissəsini tərk edir. Amma bu onların bizimlə döyüşməyi dayandıracaqları anlamına gəlmir. Onlar diqqətlərini daha çox başqa cəbhələrə yönəldəcəklər. Digər üç yerdə onlar yenidən qruplaşırlar”, - Danilov bildirib.