Rus generalları Baxmut ərazisində "Vaqner" muzdlularının tükənməsinə sevinirlər.
Sozcu.az xəbər verir ki, bunu rusiyalı müxalifətçi Mark Feygin deyib.
M.Feygin bildirib ki, generallar "Vaqner"in yaradıcısı Yevgeni Priqojinə nifrət edirlər:
"İndi artıq müəyyən bir fikir var ki, "Vaqner"in gücü tükənir, əlbəttə ki, bütün generallar buna çox sevinirlər, həm Gerasimov, həm də Şoyqu, ona nifrət edir. Britaniyalılar bununla bağlı bildirirlər ki, sutka ərazində 500-800, bəzi günlərdə isə az qala 2 min rus hərbçisi ölür. Mən buna çox inanıram".