Uşaqları qonşuya qoydu: ev yandı, 6 aylıq körpə öldü

09:37

Goranboyda evdə başvermiş yanğın zamanı ağır xəsarət alan körpə dünyasını dəyişib.

Sozcu.az Report-a istinadən xəbər verir ki, Goranboy rayon Veyisli kəndində başvermiş yanğın nəticəsində ağır yanıq xəsarətləri alan 6 ay yarımlıq uşaq göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.

***

Goranboyda 6 aylıq körpənin yanaraq ölməsi ilə bağlı təfərrüat məlum olub.

Veyisli kəndində 1998-ci il təvəllüdlü Vüsalə Mamedova azyaşlı uşaqlarını qonşusunun evində nəzarətsiz qoyub. Bu zaman qadının böyük oğlu (azyaşlıdır) kibritlə ehtiyatsız davranması nəticəsində evin mətbəxində yanğın baş verib və 6 aylıq körpə ağır yanıq xəsarətləri alıb.

Xəstəxanaya yerləşdirilən körpə həkimlərin səyinə baxmayaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook