Uşaq pulu verilməli deyil, bu tələbi unudun! - Ekspertdən qalmaqallı açıqlama

"Azərbaycanda uşaq pulu o vaxt verilə bilər ki, təbii azalma prosesi baş versin və əhalinin strukturunda yaşlı əhalinin sayı çox olsun. Biz də bu problemlərin heç biri yoxdur, vəziyyət Avropadan daha yaxşıdır”.

Sozcu.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Ekspert uşaq pulunun nə üçün verilməməsinin səbəbini belə izah edib: 

"Uşaq pulu nədir? Doğum artımını həvəsləndirən, ailələrin daha çox uşağa sahib olması üçün dövlət tərəfindən subsidiya mexanizmidir. Azərbaycanda həm əhalinin strukturunda gənclərin payı 40%-in üzərindədir, həm də təbii artımla bağlı müsbət tendensiya var. Məsələn, Avropada əhali azalanda, əhalinin strukturunda yaşlılar çoxalanda həmin ailələrə pul verirlər ki, uşaq sayı çoxalsın. Həm də miqrasiya qanunlarını yaxşılaşdırırlar ki, yaxşı işçi qüvvəsi cəmiyyətə qayıtsın. Azərbaycanda isə bu problemin heç biri yoxdur. Əhalinin strukturunda  gənclərin sayı kifayət qədərdir. Cəmiyyəti natahat edən işçi çatışmazlığı deyil, məşğulluq problemidir. Bu baxımdan, bizdə uşaq pulu verilməli deyil”. 

4047f98eec2b3d772e084a71ee5892ae.jpg

Ekspert qeyd edib ki, bu gün cəmiyyətdə varlı və kasıb ailələr var: 

"İndi uşaq pulu verəndə bunlara baxmadan bütün ailələrə uşaq pulu verirsən. Birincisi, Azərbaycan cəmiyyətində demoqrafik problem yoxdur,  əhalinin artımı baş verir, insanların sayı artır. İkincisi, əhalinin strukturunda yaşlanma problemi Qərb və Abropadakı kimi xüsusi aktuallıq kəsb etmir, gənclərin payı daha çoxdur. Üçüncüsü, uşaq pulunun ağına-bozuna baxmadan verilməsi bir az da ədalətsizlik yaradır. Çünki uşaq var ki, bahalı paltarlar geyinir, uşaq da var nimdaş geyinir. Bunların hər birinə büdcədən pul vermək doğru deyil”. 

Ekspert təklif edib ki, uşaq pulunu verməkdənsə, dövlət kasıb ailələrə sosial ödənişlərin həcminin artırılmasına baxsa, daha yaxşı olar: 

"Söhbət uşaqdan getmir ki, böyüyün də qarnı tox olmalıdır. Böyük var ki, iş tapa bilmir. Sosial çəhətdən köməyə ehtiyacı olan, ailə gəlirləri aşağı olan insanlara daha çox vəsaitin verilməsindən söhbət gedir. Ehtiyacı olan ailələr düzgün müəyyənləşdirilsin”. 

Share on Facebook