Urmu gölü ətrafında baş verən ekoloji fəlakətlə bağlı başladılan kampaniya davam edir.
Dünyanın müxtəlif ölkələrindən olan azərbaycanlılar və əcnəbi ekofəallar "SAVE URMIA LAKE" adı altında sosial mediada videolar paylaşaraq, Urmu gölünün yox olması ilə bağlı xəbərdarlıq mesajları paylaşırlar.
Onlar beynəlxalq ictimaiyyətə, ekofəallara və əlaqədar beynəlxalq qurumlara müraciət edərək Urmu gölünün quruması və İran hökumətinin bərpaişləri ilə bağlı verdiyi vədləri yerinə yetirmədiyini bildirirlər.
Kampaniyaya qoşulanlar Tehran hakimiyyətini ekologi faciəyə görə qınayr və milyonlarla insanın həyatını təhlükəyə atan ekoloji problemin həlli üçün əməli addımlar atmasını tələb edirlər.