Bir müddət əvvəl qoşulduğu imtahanda üzərində telefon aşkar edilən Nur Əhmədovla bağlı yeni qərar verilib.
Sozcu.az xəbər verir ki, bu haqda Nurun anası, aktrisa Ellada Sarvan sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, qızı imtahana buraxılacaq:
“Sentyabrda təkrar imtahan olacaq. DİM məsələni araşdırıb qərar verdi. Bir neçə gün öncə kədərimi sizinlə bölüşdüyüm kimi, indi də sevincimi bölüşmək istədim”.
Bir neçə gün əvvəl imtahanda iştirak edən qızı, Zərifə Əliyeva adına Liseyin 9 sinif şagirdi Nur Əhmədovanın imtahana buraxılmamasından şikayətçi olan aktrisa artıq övladı üçün yenidən imtahan keçiriləcəyini qeyd edib:
“İmtahan günü imtahan rəhbəri protokolda hadisəni düzgün qeyd etdiyinə görə bu gün müsbət cavab ala bildik. Mən şəxsən Məleykə Abbaszadəyə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Nur Əhmədova imtahana girməzdən qabaq gödəkçəsinin cibində telefon aşkar edildiyi üçün imtahana buraxılmamışdı. Ellada Sarvan şikayətlənərək bunun ədalətsiz yanaşma olduğunu bildirmişdi. Dövlət İmtahan Mərkəzi isə şagirdin imtahana yenidən buraxılmasının mümkünsüz olduğu barədə məlumat yaymışdı.