Ukraynaya silah axınını dərhal bərpa edin - Makkol

ABŞ-ın yüksək rütbəli hərbçiləri belə qənaətə gəliblər ki, bu həyati vacib silahların Ukraynaya verilməsi Amerikanın döyüş hazırlığını təhlükə altına qoymur. Buna görə də administrasiyanı silah axınının bərpasına dərhal başlamağa çağırıram.

Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın respublikaçı konqresmeni Maykl Makkol Ukraynaya silah tədarükündə yaranmış fasilə barədə danışarkən bildirib.

“Pentaqonun silah tədarükünü dayandıran məmurları Prezident Trampın sülhə nail olmaq istiqamətində göstərdiyi nəcib səyləri sadəcə zəiflədir”, – deyə Makkol vurğulayıb.

Qeyd edək ki, Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.

Share on Facebook