"Danışıqlar üçün şərtlər və danışıqların hansı formatda olması barədə qərarı Ukrayna verir".
Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Lüksemburq Baş naziri ilə birgə keçirdiyi mətbuat konfransında Çin və Ukrayna liderləri arasında telefon danışığına münasibət bildirərkən deyib.
"Bildiyimiz odur ki, mənalı danışıqlar üçün istənilən ehtimal, hər hansı imkan Ukraynanın lazımi hərbi gücə malik olmasını tələb edir ki, Prezident Putinə döyüş meydanında qalib gəlməyəcəyi barədə çox aydın mesaj göndərsin. Odur ki, bəlkə də bu müharibə danışıqlar masası arxasında bitəcək. Amma bildiyimiz odur ki, danışıqlar masası ətrafında baş verənlər döyüş meydanındakı güclə sıx şəkildə bağlıdır. Beləliklə, əgər biz Ukraynanın suveren, müstəqil dövlət kimi qalib gəlməsini istəyiriksə sülh yolu ilə, danışıqlar yolu ilə həll istəyiriksə, oraya çatmağın ən yaxşı yolu NATO müttəfiqlərinin etdiyi kimi Ukraynaya hərbi dəstək verməkdir. Mən Prezident Zelenski ilə Si Cinpin arasındakı zəngi alqışlayıram. Hesab edirəm ki, Çinin Ukraynanın perspektivlərini daha yaxşı başa düşməsi üçün vacibdir. Ancaq bu, Çinin Rusiyanın qeyri-qanuni müharibəsini, Ukraynaya qanunsuz işğalını pisləyə bilmədiyi faktını dəyişdirmir".