Ukraynadan uğurlu kiber əməliyyat: Rusiyanın vergi sistemi çökdürüldü

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin kiber bölmələri Rusiya ərazisində növbəti uğurlu xüsusi əməliyyat keçiriblər.

Sozcu.az UNİAN-a istinadla xəbər verir ki,- bu dəfə onlar təcavüzkar dövlətin vergi sisteminə hücum ediblər.

Baş Kəşfiyyat İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, xüsusi əməliyyat zamanı hərbi kəşfiyyatçılar Federal Vergi Xidmətinin yaxşı qorunan əsas mərkəzi serverlərindən birinə, daha sonra isə onun regional bölmələrinin 2300-dən çoxuna nüfuz etməyə nail olublar. Serverlər bütün Rusiyada, eləcə də müvəqqəti işğal olunmuş Krım ərazisindədir.

Qeyd olunur ki, kiberhücum nəticəsində bütün serverlər zərərli proqram təminatı alıb. Eyni zamanda, Rusiya Federasiyasının Federal Vergi Xidmətinə xidmət edən “Office.ed-it.ru” İT şirkəti də eyni şəkildə hücuma məruz qalıb.

“İki kiberhücum nəticəsində illər boyu Rusiya Federasiyasının geniş vergi sisteminin işləməsini təmin edən konfiqurasiya faylları tamamilə ləğv edildi. Bütün məlumat bazası və onun ehtiyat nüsxələri məhv edildi. Moskvadakı mərkəzi ofis ilə 2300 regional ofis, ərazi idarələri, eləcə də Rusiya Federasiyasının Federal Vergi Xidməti ilə vergi məlumat mərkəzi (məlumat bankı) olan Office.ed-it.ru arasında əlaqə iflic vəziyyətinə düşüb. Söhbət faktiki olaraq, terrorçu Rusiyanın əsas dövlət orqanlarından birinin infrastrukturu və uzun müddət ərzində onu müşayiət edən çoxsaylı vergi məlumatlarının məhvində\n gedir”, - məlumatda deyilir.

Xüsusi əməliyyat nəticəsində Rusiyanın bütün ərazisində vergi məlumatlarının internet trafikinin Ukrayna hərbi kəşfiyyatının əlinə keçdiyi vurğulanır.

Share on Facebook