Ukraynada Rusiyanın daha 1040 hərbçisi, 1 qırıcısı MƏHV EDİLDİ

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 162560 (+ 1040) nəfər canlı qüvvəsi, 3504 (+12) tank, 6810 (+11) ədəd zirehli döyüş maşını, 2539 (+11) ədəd artileriya sistemi, 503 (+1)) reaktiv yaylım atəşi sistemi, 265 (+3) hava hücumundan müdafiə sistemi, 305 (+1) təyyarə, 289 (+0) helikopter, 2145 (+13) PUA, 907 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5394 (+17) avtomobil texnikası və avtosistern, 257 (+0) xüsusi texnikası məhv edilib.

Share on Facebook