Ukraynanın Zaporojye istiqamətində davam edən döyüşlər zamanı Rusiya ordusunun general-mayoru Sergey Qoryaçyov öldürülüb.
Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın Teleqram kanallarında məlumat yayılıb.
Bildirilib ki, Rusiyanın 35-ci ümumordu qərargah rəisi general-mayor Sergey Qoryaçyov artilleriya zərbələri nəticəsində ölüb.
Qeyd edək ki, Qoryaçyov vaxtı ilə Rusiyanın Dnestyanıdakı qüvvələrinə rəhbərlik edirdi.
Məlumata görə, hərbi xidmətini Gəncədəki 104-cü hava-desant diviziyasında çəkib.