Ukraynada daha 760 rus hərbçisi, 1 helikopter məhv edilib

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 163320 (+760) nəfər canlı qüvvəsi, 3506 (+2) tank, 6823 (+13) ədəd zirehli döyüş maşını, 2552 (+13) ədəd artileriya sistemi, 504 (+1) reaktiv yaylım atəşi sistemi, 265 (+0) hava hücumundan müdafiə sistemi, 305 (+0) təyyarə, 290 (+1) helikopter, 2145 (+0) PUA, 907 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5401 (+7) avtomobil texnikası və avtosistern, 258 (+1) xüsusi texnikası məhv edilib.

Share on Facebook